...

Türkiyə tarixində yeni səhifə açılır – Prezident Gül

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 13:17 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül "La Republica" qəzetinə müsahibəsində bəyan edib ki, ötən bazar günü keçirilən konstitusiya referendumu ölkə tarixində yeni səhifə açıb. Bu barədə CNN Turk telekanalının saytı yazır.
Türkiyə tarixində yeni səhifə açılır – Prezident Gül

Türkiyə Prezidenti Abdullah Gül "La Republica" qəzetinə müsahibəsində bəyan edib ki, ötən bazar günü keçirilən konstitusiya referendumu ölkə tarixində yeni səhifə açıb. Bu barədə CNN Turk telekanalının saytı yazır.

Türkiyə KİV-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının təklif etdiyi konstitusiya dəyişikliklərinə səsvermədə iştirak edənlərin 58 faizi onun lehinə, 41,98 faiz isə əleyhinə səs verib.

Referendumda seçicilərin seçki məntəqələrinə gəlişi 77,55 faiz təşkil edib, onların əksər hissəsi kürd azlığın kompakt yaşadığı rayonların payına düşür.

Türkiyə Parlamenti tərəfindən may ayında qəbul edilən konstitusiya düzəlişləri paketinə qüvvədə olan və 1980-ci ildəki hərbi çevrilişdən sonra qəbul edilən konstitusiyaya 26 düzəliş daxildir. Onlar məhkəmə sistemində, o cümlədən, Konstitusiya Məhkəməsi, hakim və prokurorların Ali Şurasında islahatların keçirilməsini, mülki məhkəmə instansiyalarının hərbçilərə münasibətdə cinayət işinin açılmasını, siyasi partiyaların buraxılması haqqında cinayət işinin açılması üzrə səlahiyyətlərin Apelyasiya Məhkəməsindən Parlamentə verilməsini nəzərdə tutur.

Bundan başqa, konstitusiya dəyişiklikləri Ombudsman İnstitutunun tətbiqini də nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti