...

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Vyanaya səfər edəcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 17:16 (UTC +04:00)

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) üzv ölkələrin sentyabrın 22-24-də keçiriləcək illik konfransında iştirak etmək üçün gələn həftə Vyanaya səfər edəcək. Bunu təşkilatın nümayəndəsi Mehrəli Şirzadiyan deyib. Məlumatı MEHR informasiya gentliyi yayıb.

Onun sözlərinə görə, Salehi konfransda çıxış etməyi planlaşdırır.

Bütün üzv ölkələrdən ibarət ümumi konfrans ildə bir dəfə ötən il ərzində İdarə Şurasının məruzəsi, hesabatın təsdiqi, proqram və büdcə, həmçinin Agentliyə üzvlük üçün qəbul haqqında istənilən bəyanatın təsdiqini nəzərdən keçirmək üçün keçirilir.

Konfrans növbəti illik sessiya zamanı əsas fəaliyyət istiqamətləri və BAEA proqramı üzrə ümumi müzakirələr aparır və Şura, direktorlar və ayrı-ayrı üzv ölkələr tərəfindən təqdim olunan müxtəlif məsələlərə baxır.

Xəbər lenti

Xəbər lenti