...

İstanbulda Türkdilli ölkələrin liderlərinin zirvə toplantısı başlayıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 Sentyabr 2010 15:18 (UTC +04:00)
Cümə axşamı İstanbulda Türkiyənin sədrliyi ilə Türkdilli ölkələrin liderlərinin zirvə toplantısı başlayıb. Bu barədə "TRT Haber" telekanalı məlumat verir.
İstanbulda Türkdilli ölkələrin liderlərinin zirvə toplantısı başlayıb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: birinci abzasdan sonra Türkiyə Prezidentinin sözləri əlavə olunub

Cümə axşamı İstanbulda Türkiyənin sədrliyi ilə Türkdilli ölkələrin liderlərinin zirvə toplantısı başlayıb. Bu barədə "TRT Haber" telekanalı məlumat verir.

Sammiti açan Prezident Abdullah Gül bəyan edib ki, görüşdə türkdilli dövlətlər üçün ümumi maraq doğuran məsələlər müzakirə olunacaq.

Prezident Gül bildirib ki, görüləcək iş gələcək nəsillər üçün mühüm miras olacaq.

Onuncu yubiley sammitinin gündəliyinin başlıca mövzusu mənzil-qərargahı İstanbulda yerləşən TDƏŞ-in yaranma prosesini başa çatdırmaqdan ibarətdir.

Əməkdaşlıq Şurasının yaradılma ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilmiş forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq.

Sammit iştirakçıları beynəlxalq və regional məsələlərin geniş dairəsini də müzakirə edəcəklər. Bundan başqa, gündəliyə məsləhətçi-məşvərətçi orqanın - Ağsaqqallar Şurasının yaradılması məsələsi də daxildir. Şuraya Türkiyə Prezidenti Katibliyinin rəhbəri Mustafa İsenin rəhbərlik edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti