...

Türkiyənin şərqində kənd sakinləri arasında mübahisə beş nəfərin ölümü ilə nəticələnib

Dünya xəbərləri Materials 20 Sentyabr 2010 11:53 (UTC +04:00)
Türkiyənin şərqində yerləşən Ağrı vilayətindəki kəndlərin birində sakinlər arasındakı mübahisə silahlı münaqişəyə çevrilib və beş nəfərin ölümü ilə nəticələnib. Bu barədə CNN Turk telekanalı bazar günü xəbər verib.
Türkiyənin şərqində kənd sakinləri arasında mübahisə beş nəfərin ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

Türkiyənin şərqində yerləşən Ağrı vilayətindəki kəndlərin birində sakinlər arasındakı mübahisə silahlı münaqişəyə çevrilib və beş nəfərin ölümü ilə nəticələnib. Bu barədə CNN Turk telekanalı bazar günü xəbər verib.

Mübahisəyə səbəb kəndin ümumi su kəmərindən evlərin birinə ayrıca su xəttinin çəkilməsi zamanı yaranan fikir ayrılığı olub.

Mübahisə zamanı kənd gözətçisi Nihat Aslan öz tabel silahından kənd ağsaqqalı Vehbi Aksoya və onun dörd qohumuna atəş açıb.

Daha üç qadın da yaralanıb. Onlar xəstəxanaya aparılıblar və hazırda vəziyyətləri normaldır.

Xəbər lenti

Xəbər lenti