...

Türkiyənin Ağrı şəhərində İranın sərnişin avtobusu qəzaya uğrayıb, 22 nəfər yaralanıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2010 17:07 (UTC +04:00)
Türkiyənin Ağrı şəhərində İrana məxsus dövlət nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Türkiyənin Ağrı şəhərində İranın sərnişin avtobusu qəzaya uğrayıb, 22 nəfər yaralanıb

Türkiyənin Ağrı şəhərində İrana məxsus dövlət nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Məlumatı Türkiyənin CİHAN xəbər agentliyi yayıb.

Hadisə nəticəsində avtobus aşıb, 20 sərnişin, o cümlədən iki Türkiyə vətəndaşı da yaralanıb. Yaralılar Ağrı dövlət xəstəxanasına çatdırılıb.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti