...

İranın Qərbi Azərbaycan əyalətində parad zamanı partlayış törədən şəxslərin şəxsiyyəti müəyyənləşib - İran rəsmisi

Dünya xəbərləri Materials 23 Sentyabr 2010 15:20 (UTC +04:00)
İranın milli təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, Mehabad şəhərində parad zamanı partlayış törədən şəxslər təhlükəsizlik qüvvələri tərəfindən müəyyən olunublar. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.
İranın Qərbi Azərbaycan əyalətində parad zamanı partlayış törədən şəxslərin şəxsiyyəti müəyyənləşib - İran rəsmisi

İranın milli təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, Mehabad şəhərində parad zamanı partlayış törədən şəxslər təhlükəsizlik qüvvələri tərəfindən müəyyən olunublar. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

Müslehi həmin şəxslərin kimliyi və neçə nəfər olduğu haqqında məlumat verməyib. O, ümid etdiyini bildirib ki, bu cinayəti törədənlər elə "Müqəddəs müdafiə" həftəsində cəzalandırılacaqlar.

Ötən gün İranın Qərbi Azərbaycan əyalətində Mehabad şəhərində parad zamanı partlayış baş verib. Məlumata əsasən, bu, terror aktı olub. Partlayış nəticəsində 12 nəfər həlak olub, 58 nəfər yaralanıb. Xəsarət alanlar arasında qadın və uşaqlar olub.

Əyalətdə əhalinin böyük əksəriyyətini kürdlər təşkil edir və bu ərazidə "Pejak" qruplaşması fəaliyyət göstərir

Xəbər lenti

Xəbər lenti