...

ABŞ və İsrail İrandakı kiberhücumların arxasında dura bilərlər – ekspertlər

Dünya xəbərləri Materials 25 Sentyabr 2010 15:21 (UTC +04:00)
İranın sənaye saytlarına hücum edən kompüter "soxulcanı" ABŞ və ya İsrailin İran İslam Respublikasına qarşı kiberhücumlarının bir hissəsi ola bilər, - ekspertlər bu fikirdədir.
ABŞ və İsrail İrandakı kiberhücumların arxasında dura bilərlər – ekspertlər

İranın sənaye saytlarına hücum edən kompüter "soxulcanı" ABŞ və ya İsrailin İran İslam Respublikasına qarşı kiberhücumlarının bir hissəsi ola bilər, - ekspertlər bu fikirdədir.

"Stuxnet" kompüter "soxulcanı" aşkar olunan zərəverici proqramlar içərisində ən təhlükəli hesab olunur.

Mürəkkəb virus idarəetmə obyektinin konkret şəbəkəsini tanıyır, sonra isə onu məhv edir.

Ekspertlərin fikirncə, "soxulcan", İran sənayesində, o cümlədən İranın birinci atom elektrik stansiyası Buşer AES-də istifadə olunan konkret proqram təminatı sisteminə hücum üçün ABŞ və ya İsrailin maliyyələşdirdiyi təşkilat tərəfindən yaradıla bilər.

"Bütün detallar sübut edir ki, bu "soxulcan"ı ABŞ yaradıb", -  "Chaos Computer Club"ın əməkdaşı Frank Riger deyib.

İranın nüvə obyektləri ola bilsin hücum hədəfləri olub, - Riger və təhlükəsizlik məsələləri ilə məşğul olan "Chertoff Group" şirkətinin rəhbəri Riçard Folkenrat bildirib.

"Nəzəri cəhətdən ola bilsin ki, bunu ABŞ hökuməti edib, - Folkenrat "Bloomberg"ə müsahibədə deyib. - Fikrimcə, bu uzaq imkandır. Daha inandırıcı bunun arxasında İsrailin durması ola bilər".

Bununla belə, ABŞ kibertəhlükəsizlik və kommunikasiya Milli Mərkəzinin rəhbəri Mak Qerk bildirir ki, ABŞ kiberhücumların arxasında kimin durmasını bilmir və hələ ki "soxulcanı" öyrənir.

"Biz proqram təminatının analizini apardıq", - Mak Qerk cümə günü jurnalistlərə bildirib.

"Bu "soxulcan"ın məhz nəyə istiqamətləndiyini demək çətindir", - o deyərək mərkəzin hücumların arxasında kimin durmasını axtarmadığını, lakin onun yayılmasının qarşısını almaq imkanını öyrəndiyini əlavə edib.

Xəbər lenti

Xəbər lenti