...

Buşəhr nüvə stansiyasının reaktoruna yanacaq yerləşdirilir

Dünya xəbərləri Materials 27 Sentyabr 2010 14:11 (UTC +04:00)
İran Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, yaxın günlərdə Buşəhr nüvə stansiyasının reaktoruna uran yanacağı yerləşdiriləcək.
Buşəhr nüvə stansiyasının reaktoruna yanacaq yerləşdirilir

İran Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, yaxın günlərdə Buşəhr nüvə stansiyasının reaktoruna uran yanacağı yerləşdiriləcək. "Mehr" agentliyinin məlumatına əsasən, Salehi bildirib ki, reaktor yuyulub- təmizlənib və yarıya qədər su ilə doldurulub. Onun sözlərinə görə, müəyyən sınaqlar artıq həyata keçirilib və yaxın günlərdə uran yanacağı reaktorda yerləşdiriləcək.

Buşəhr stansiyasının tikilişi üzrə İran və Rusiya 1995-ci ildə müqavilə imzalayıblar. Bu stansiya ildə 1000 mvat elektrik enerjisi istehsal edəcək.

Xəbər lenti

Xəbər lenti