...

İranda bir neçə casus həbs olunub - təhlükəsizlik naziri

Dünya xəbərləri Materials 2 Oktyabr 2010 13:12 (UTC +04:00)
İranın təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, İranın nüvə proqramı ilə bağlı casusluq edən bir neçə nəfər həbs olunub.
İranda bir neçə casus həbs olunub - təhlükəsizlik naziri

İranın təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, İranın nüvə proqramı ilə bağlı casusluq edən bir neçə nəfər həbs olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Müslehi həbs olunmuş casusların sayını və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.

Müslehi, həmçinin, "Buşəhr" AES-in kompüter sistemlərinə virusun təsir edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. "İranın təhlükəsizlik qüvvələri ölkənin virtual məkanında düşmənlərin gördüyü işləri diqqət mərkəzində saxlayır və onlara qarşı tədbirlər görür", - o deyib.

Ötən həftənin sonu MEHR agentliyi zərərli proqramlardan aşkarlanan təhlükəli element hesab olunan "Stuxnet" kompüter virusunun sənaye, o cümlədən İranın nüvə obyektlərinə həmlə etdiyi barədə məlumat yayıb.

"Buşəhr" AES Yaxın Şərqdə ilk nüvə stansiyadır, hələ 1974-cü ildə "Kraftwerk Union" alman konserni onu inşa etməyə başlayıb, lakin 1980-ci ildə İrana avadanlıq göndərilməsində Qərbi Almaniya hökumətinin ABŞ embarqosuna qoşulması səbəbindən müqavilə pozulub. 1990-cı illərdə elektrik stansiyasının inşasını Rusiya mütəxəssisləri aparıblar. AES-i idarə etmək üçün Rusiya və İran birgə müəssisə yaradıblar. İki-üç ildən sonra stansiya tamamilə İranın idarəsinə keçəcək, lakin hələ Rusiyanın nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti