...

Pakistanda partlayış nəticəsində həlak olanların sayı 45-i ötüb

Dünya xəbərləri Materials 5 Noyabr 2010 15:59 (UTC +04:00)
Pakistanın şimal-qərbində baş vermiş partlayışda həlak olanların sayı 45-i ötüb, 90-dan çox adam yaralanıb. Məlumatı polis mənbələrinə istinadən Pakistan telekanalları yayıb.
Pakistanda partlayış nəticəsində həlak olanların sayı 45-i ötüb

Pakistanın şimal-qərbində baş vermiş partlayışda həlak olanların sayı 45-i ötüb, 90-dan çox adam yaralanıb. Məlumatı polis mənbələrinə istinadən Pakistan telekanalları yayıb.

KİV-in verdiyi məlumata görə, partlayış ölkənin şimal-qərbində Hayber vilayəti yaxınlığında yerləşən Dara Adamxel şəhərində cümə namazı zamanı baş verib. Məlumatı RİA Novosti yayıb.

Dairə polis nümayəndəsi Xalid Ömərzayın jurnalistlərə məlumat verdiyi kimi, ilkin məlumatlara görə, partlayışı kamikaze törədib.

Məscidin binası demək olar dağılıb. Xilasedicilər həlak olanların meyitlərinin çıxarılması üçün iş görürlər. Hələ ki terrorçu qruplardan heç biri bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Dara Adamxel tayfalar zonasının (rəsmi şəkildə - Federal tayfalar idarəetmə ərazisi) sərhədində Pişəvər şəhəri yaxınlığında yerləşir, bu ərazidə federal Pakistan qanunları yoxdur və polisin səlahiyyəti tətbiq olunmur. Tayfalar zonası qonşu Əfqanıstandakı rejimə və taliblərin "islamın normalarını pozanlar" adlandırdığı Pakistanın hakim qüvvələrinə qarşı çıxan döyüşçü-islamçıların qruplaşması üçün sığınacaq yeri olub.

Pakistan KİV-in verdiyi məlumata görə, 2007-ci ildən ölkədə belə hücumlar nəticəsində 3,3 min nəfərə yaxın adam həlak olub.

Xəbər lenti

Xəbər lenti