...

İran Qırğızıstandakı demokratik seçkiləri alqışlayır – XİN rəhbəri

Dünya xəbərləri Materials 6 Noyabr 2010 11:42 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki Qırğızıstanda keçirilən parlament seçkilərini alqışlayıb və ölkədə yaxın vaxtlarda xalq hökumətinin formalaşacağına ümid etdiyini bildirib.
İran Qırğızıstandakı demokratik seçkiləri alqışlayır – XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Qırğızıstanda keçirilən parlament seçkilərini alqışlayıb və ölkədə yaxın vaxtlarda xalq hökumətinin formalaşacağına ümid etdiyini bildirib. Məlumatı Press TV yayıb.

Müttəki Bişkəkdə qırğız həmkarı Ruslan Kazakbayevlə danışıqlar aparıb. Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rəhbəri Məhəmməd Yəhya Mərufi də iştirak edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Görüş zamanı Müttəki Qırğızıstandakı iğtişaşların yüksək səviyyədə keçirilən seçkilərə gətirib çıxarmasından razılığını ifadə edib və ölkə liderlərinin tezliklə xalq hökumətini yaradacaqlarına ümidvar olduğunu deyib.

Qırğızıstanın eks-prezidenti Kurmanbek Bakiyev cari ilin aprelində devrilib, hakimiyyətə Qırğızıstanın iri müxalifət partiyalarının liderlərinin daxil olduğu müvəqqəti hökumət gəlib.

İyunun 11-nə keçən gecə Qırğızıstanın cənubunda qırğız və özbəklər arasında silahlı toqquşma olub. Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 283 nəfər, qeyri-rəsmi məlumatlara görə isə 2 minə yaxın insan həlak olub, yarım milyon isə qaçqın düşüb.

Oktaybrın 10-da ölkədə dövlət quruluşunu dəyişərək onu prezident respublikasından parlament respublikasına çevirən parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri yalnız noyabrın 1-də açıqlanıb. MSK-nın məlumatlarına əsasən, lider səslərin 8,5 faizini toplayan müxalif "Ata-Jurt" partiyası olub. Ümumilikdə isə parlamentə beş partiya keçib.

Beynəlxalq müşahidəçilər seçkiləri bütün respublika tarixində demokratik seçkilər kimi tanıyıblar.

Müttəki cümə günü İƏT katibi tərəfindən Qırğızıstana simvolik verilən yardım paketini alqışlayıb və təşkilatın üzv ölkələrini ayrı-ayrılıqda ölkənin inkişafına töhfə verməyə çağırıb.

Kazakbayev öz növbəsində, Müttəkiyə minnətdarlığını bildirib və İran nazirinin Qırğızıstana gəlişini əhəmiyyətli səfər adlandırıb.

Onun sözlərinə görə, Qırğızıstan təşkilat çərçivəsində fəal ticari-iqtisadi fəaliyyətə başlamağa hazırdır və ölkə nümayəndələri İƏT-in İstanbulda keçiriləcək sammitində məmnuniyyətlə iştirak edəcəklər.

İqtisadi Əməkdaşlqı Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyənin üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın inkişafı məqsədilə yaratdığı hökumətlərarası regional təşkilatdır.

1992-ci ildə İƏT-ə yeddi yeni üzv daxil olub. Bunlar Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tükmənistan və Özbəkistandır.

Xəbər lenti

Xəbər lenti