...

Pan Gi Mun İrana səfər dəvətini alqışlayıb

Dünya xəbərləri Materials 20 Noyabr 2010 11:31 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun İranın insan hüquqları üzrə bu təşkilatdakı nümayəndəsi Cavad Laricaninin gələn il İrana səfər dəvətini alqışlayıb. Bu barədə İLNA informasiya agentliyi məlumat verib.
Pan Gi Mun İrana səfər dəvətini alqışlayıb

BMT-nin baş katibi Pan Gi Mun İranın insan hüquqları üzrə bu təşkilatdakı nümayəndəsi Cavad Laricaninin gələn il İrana səfər dəvətini alqışlayıb. Bu barədə İLNA informasiya agentliyi məlumat verib.

Laricani dəvəti cümə günü Pan Gi Munla görüşdə edib. "Görüş zamanı onlar qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar", - BMT-nin mətbuat xidmətinin hesabatında deyilir.

Cümə axşamı BMT Baş Assambleyasının İnsan Hüquqları üzrə Komitəsi İranla bağlı insan hüquqlarının davamlı olaraq pozulmasını pisləyən qətnaməni qəbul edib və İranı BMT-nin İnsan Hüquqları Komitəsi ilə əməkdaşlığa çağırıb.

Xəbər lenti

Xəbər lenti