...

Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissədə baş vermiş atışmada həlak olan və yaralananların adları açıqlanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 20 Noyabr 2010 16:35 (UTC +04:00)
Dünən gecə Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrdən birində ölüm hadisəsi ilə nəticələnən atışma baş verib. Bu barədə "Novosti Armeniya" yazır.
Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissədə baş vermiş atışmada həlak olan və yaralananların adları açıqlanıb (YENİLƏNİB)

Red.əlavəsi: həlak olan və yaralananların adları açıqlanıb

Dünən gecə Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrdən birində ölüm hadisəsi ilə nəticələnən atışma baş verib. Bu barədə "Novosti Armeniya" yazır.

Ölən və yaralananlar var.

İstintaqın məlumatına görə, noyabrın 19-da odlu silahdan atılan atəş nəticəsində müddətli əsgərlər Levon Sosoviç Esayan (1991-ci il təvəllüdlü), Nerses Valerikoviç Qaloyan (1990-cı il), Narek Vardanoviç Saakyan (1990-cı il), Nver Martikoviç Sarqsyan (1990-cı il) həlak olublar.

Müddətli əsgərlər Sargiz Akopoviç Melkumyan (1991-ci il təvəllüdlü), Xaçik Sargisoviç Aleksanyan (1992-ci il), Masis Mavrikoviç Qriqoryan (1991-ci il) və Manvel Armenoviç Azroyan (1991-ci il) müxtəlif ağırlıq dərəcəli güllə yarası alıblar.

Panorama.am agentliyi insidentin digər təfərrüatlarının dəqiqləşdirildiyini yazır.

Xəbər lenti

Xəbər lenti