...

BAEA İranla bağlı hesabatı bu həftə təqdim edəcək

Dünya xəbərləri Materials 22 Noyabr 2010 19:50 (UTC +04:00)

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş katibi Yukiya Amano bu həftə İranın nüvə proqramı ilə bağlı yeni hesabatı açıqlayacaq. Bu barədə anonimlik şərti ilə Vyanadakı diplomatik nümayəndə deyib.

Mənbənin sözlərinə görə, təqdim edilməsi çərşənbə axşamına planlaşdırılan yeni hesabat BAEA-nın üzvləri üçün nəzərdə tutulub.

Agentlik rəhbərinin bundan əvvəlki məruzəsi sentyabrda açıqlanıb. Bu sənədə əsasən, agentlik İranda nüvə sahəsində gizli hərbi işləmələrin aparılmasından ciddi narahatdır. Beləliklə, BAEA İranın nüvə proqramının müstəsna olaraq dinc məqsəd daşımasını bildirmək üçün məsuliyyəti öz üzərinə götürmür.

İranın nüvə proqramı BAEA-ya onun gizli fəaliyyəti məlum olduqdan sonra 2003-cü ildən etibarən narahatlıq doğurub. 2003-cü ilin sonunda İran nüvə silahının yayılmaması haqqında Müqaviləyə Əlavə Protokolu imzalayıb və uranın zənginləşdirilməsi üzrə işlərin dayandırıldığını könüllü elan edib. Lakin sonradn bu fəaliyyətə yenidən qayıdıb.

Xəbər lenti

Xəbər lenti