...

İran indiyədək narkotiklərlə mübarizə məqsədi ilə 800 milyon dollar xərcləyib - daxili işlər naziri

Dünya xəbərləri Materials 24 Noyabr 2010 12:31 (UTC +04:00)
İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar ölkəsinin indiyədək narkotiklərlə mübarizə məqsədi ilə 800 milyon dollar xərclədiyini deyir.
İran indiyədək narkotiklərlə mübarizə məqsədi ilə 800 milyon dollar xərcləyib - daxili işlər naziri

İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar ölkəsinin indiyədək narkotiklərlə mübarizə məqsədi ilə 800 milyon dollar xərclədiyini deyir. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Nəccar sabah İslamabadda keçiriləcək İran, Pakistan və Əfqanıstan daxili işlər nazirlərinin illik iclasında iştirak etmək üçün Pakistana səfər edib. İclada narkotiklərlə mübarizədə əməkdaşlığı artırmaq məqsədi ilə üç ölkə nazirləri müzakirə aparacaq.

"İran indiyədək narkotiklərlə mübarizə məqsədi ilə sərhədlərin təhlükəsizliyini təmin etmək üçün 800 milyon xərcləyib", - Nəccar səfər öncəsi Tehran hava limanında jurnalistlərə açıqlamasında deyib.

İran, Əfqanıstan və Pakistanın daxili işlər nazirlərinin dördüncü iclası BMT-nin mütəşəkkil cinayətkarlıq və narkotiklərlə mübarizə üzrə ofisinin dəstəyi ilə noyabrın 24-25-də İslamabadda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti