...

İran Parlamentinin spikeri Suriyaya səfər edəcək

Dünya xəbərləri Materials 26 Noyabr 2010 15:03 (UTC +04:00)
İranın İslami Şura Məclisinin sədri Əli Laricani bazar günü Suriyaya səfər edəcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İran Parlamentinin spikeri Suriyaya səfər edəcək

İranın İslami Şura Məclisinin (parlament) sədri Əli Laricani bazar günü Suriyaya səfər edəcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Səfər zamanı Laricani suriyalı həmkarı, bu ölkənin prezidenti, xarici işlər naziri və digər dövlət rəsmiləri ilə görüş keçirəcək. Görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Laricaninin Dəməşqdə Fələstin müqavimət quruplarının rəhbərləri ilə də görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti