...

Ərakdakı nüvə obyekti 2-3 il ərzində istismara veriləcək – Atom Enerjisi Təşkilatının rəhbəri

Dünya xəbərləri Materials 27 Noyabr 2010 13:05 (UTC +04:00)
Ərakda ağır su istehsalı zavodu 2-3 il ərzində istismara veriləcək. Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi nüvə kardiologiyası üzrə birinci kursların açılış mərasimində bildirib.
Ərakdakı nüvə obyekti 2-3 il ərzində istismara veriləcək – Atom Enerjisi Təşkilatının rəhbəri

Ərakda ağır su istehsalı zavodu 2-3 il ərzində istismara veriləcək. Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi nüvə kardiologiyası üzrə birinci kursların açılış mərasimində bildirib. Məlumatı FARS agentliyi yayıb.

O əlavə edib ki, gələcəkdə bu zavodda istehsal olunacaq radioizotoplar ölkədə onlara olan tələbatı tam ödəyəcək, eləcə də İran onları qonşu ölkələrə ixrac edə biləcək.

"Lakin indi Tehran tədqiqat reaktorunda yanacaqla bağlı mövcud problemlər üzündən biz izotopları xaricdən almağa məcburuq, - Salehi bildirib. - Yaxın həftələr ərzində biz izotopların Rusiyadan gətirilməsinə başlayacağıq".

Reaktor Xondab rayonunda, Ərak şəhərindən şimal-şərqdə tikilir. Reaktorun meydançası ilə yanaşı, "Qətran" ağır su istehsalı zavodu da tikilir. İranın Atom Enerjisi Təşkilatı rəhbərinin müavini Məhəmməd Səidinin sözlərinə görə, İran dünyada ağır su istehsalı texnologiyalarını mənimsəyən doqquzuncu ölkə olub.

ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran bütün ittihamları rədd edir və onun nüvə proqramının sırf ölkədə elektrik enerjisinə olan tələbatın ödənilməsinə yönəldiyini bəyan edir. BMT Təhlükəsizlik Şurası Tehranı uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmağa çağırıb və İrana qarşı sanksiyaların tətbiqi üzrə dörd dəfə qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti