...

İranda qadın edam olunub

Dünya xəbərləri Materials 1 Dekabr 2010 10:14 (UTC +04:00)

Bu gün səhər İranın paytaxtı Tehranda sabiq futbolçu Nasir Məhəmmədxaninin həyat yoldaşı Lalə Səhərxizanı qətlə yetirməkdə ittiham olunan Şəhla Cahid edam olunub. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, Cahid bu gün səhər Tehranın Evin həbsxanasında edam olunub.

Şəhla Cahid kimi tanınan Xədicə Cahid 8 il öncə İranın tanınmış futbolçusu Nasir Məhəmmədxaninin həyat yoldaşını öldürmək ittihamı ilə həbs olunub. Onun barəsində dəfələrlə edam hökmü çıxarılsa da, məhkumun müraciəti ilə işin yenidən araşdırılması məqsədi ilə hökmün  icrası təxirə salınıb. İranın Ali Məhkəməsi və Məhkəmə Sisteminin rəhbərinin göstərişi ilə edam hökmü bu gün icra edilib.

Bundan öncə Beynəlxalq Əfv Təşkilatı Şəhla Cahid barəsində çıxarılmış edam hökmünün ləğv edilməsini istəmişdi.

Xəbər lenti

Xəbər lenti