...

"Wikileaks" saytının yaradıcısı Culian Assanj Böyük Britaniyada həbs olunub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 7 Dekabr 2010 14:56 (UTC +04:00)
Qalmaqalları ilə məşhur olan "Wikileaks" saytının yaradıcısı Culian Assanj Böyük Britaniyada həbs olunub. Bu barədə "Reuters" agentliyi London polisinə istinadən məlumat yayıb.
"Wikileaks" saytının yaradıcısı Culian Assanj Böyük Britaniyada həbs olunub (ƏLAVƏ OLUNUB)

Qalmaqalları ilə məşhur olan "Wikileaks" saytının yaradıcısı Culian Assanj Böyük Britaniyada həbs olunub. Bu barədə "Reuters" agentliyi London polisinə istinadən məlumat yayıb.

Stokholm məhkəməsi hələ noyabrda İsveçdə zorlama və cinsi zorakılıqda ittiham olunan 39 yaşlı avstraliyalının həbs olunması haqqında prokurorluğun sorğusunun təsdiqləyib. Noyabrın 20-də isə İnterpol (İsveç prokurorluğunun sorğusu ilə) təşkilata üzv olan bütün 188 ölkədə Assanjın adına "qırmızı xəbərdarlıq" yayıb ki, bu da onun daha çox axtarılan şəxslərin siyahısına salınması deməkdir. Bu barədə RİA Novosti yazır.

Çərşənbə axşamı Assanjın vəkili Mark Stivens bəyan edib ki, müştərisinin həbsi üçün Avropa orderi alan Britaniya polisi ilə onun "könüllü görüşünün" təşkili ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti