...

Türkiyənin İranla ticarəti sanksiyalara zidd deyil – ABŞ Dövlət Departamenti

Dünya xəbərləri Materials 9 Dekabr 2010 13:14 (UTC +04:00)

Türkiyənin İranla ticarəti bu ölkəyə tətbiq olunan sanksiyalarla ziddiyyət təşkil etmir. Bu barədə çərşənbə günü ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli gündəlik brifinqdə bəyan edib.

"Türkiyə İranın qonşusudur, onlar birgə iqtisadi əlaqələrə malikdirlər. Ölkələrin İranla ticarətinə tam icazə verildiyi kateqoriyalar var", - Krouli bildirib.

Onun sözlərinə görə, Türkiyə özünün beynəlxalq öhdəliklərinə əməl edəcəyini dəqiq bəyan edib.

BMT Təhlükəsizlik Şurası bu il iyunun 9-da rəsmi Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan növbəti qətnamə qəbul edib. Bu, Tehranın beynəlxalq tələbləri yerinə yetirmək istəməməsi səbəbindən TŞ-nin qəbul etdiyi sayca 4-cü qətnamədir. Bu, İranın uranın zəngilləşdirilməsi üzrə aparılan işləri dayandırmaqdan imtina etməsindən sonra baş verib. Təhlükəsizlik Şurasının veto qoymaq hüququna malik 15 üzvündən 12-si sənədin lehinə, Türkiyə və Braziliya əleyhinə səs verib. Eləcə də sanksiyalar dünyanın beş iri dövləti (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya) tərəfindən dəstəklənib.

Sənəd İran gəmilərində yoxlamaların aparılması və ölkədə gəmiçiliyə məhdudiyyətlərdən başqa İranın nüvə və raket proqramlarının inkişafına aidiyyəti olmaqa şübhəli bilndiyi halda, bu ölkənin xaricdəki banklarına sanksiyaların tətbiqini nəzərdə tutur. Qətnamə, həmçinin İran banklarının, o cümlədən Mərkəzi Bankın iştirakı ilə tranzaksiyalar həyata keçirərkən ayıq olmaq, eləcə də ölkələrə İranın, o cümlədən sığorta sahəsində tranzaksiyalarının maliyyələşdirilməsini dayandırmaqla bağlı tələb yox, çağırış yer alıb.

Daha sonra ABŞ Konqresi İrana qarşı birtərəfli sanksiyalar tətbiq edib, iyulda isə Aİ-nin bütün ölkələrinin XİN başçıları əlavə sanksiyaların tətbiqini təsdiqləyiblər.

Aİ sanksiyaları ölkənin neft-qaz sahəsinə investisiyaların dondurulmasını, sahəvi texnologiya və avadanlıqların verilməməsini və profilli xidmətlərin göstərilməsinə qadağaların tətbiqini nəzərdə tutur. Ticarət sahəsində İranın hərbi məqsədlər üçün istifadə edə biləcəyi məhsulların ixracını qadağan etmək təklif olunur. Avropalılar, həmçinin yeni viza məhdudiyyətlərinin qoyulması və İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinə məxsus bank hesablarının dondurulması barədə qərar qəbul ediblər. Bundan əlavə, İran banklarına Aİ ölkələrində fəaliyyət göstərməyi, İranın Irisil dəniz yük daşıyıcısının birləşmiş Avropanın ərazi sularına daxil olmasının qadağan edilməsi təklif olunub. Aİ birlik ölkələrinə gəlişi qadağan olunan 40-dan artıq tanınmış iranlı siyasətçinin "qara siyahısı"nı da tərtib edib.

Xəbər lenti

Xəbər lenti