...

"İran" qəzetinin baş redaktoru məhkəməyə çağırılıb

Dünya xəbərləri Materials 15 Dekabr 2010 11:05 (UTC +04:00)

"İran" dövlət qəzetinin baş redaktoru Kavə İştihardi Tehran şəhər inqilab məhkəməsinə çağırılıb. Bu barədə İRNA agentliyi məlumat verir.

Məlumata əsasən, "İran" qəzetinin baş redaktoru məhkəmənin qərarını icra etməməkdə, böhtan və yalan məlumatları dərc etməkdə ittiham olunur. Şənbə günü İştihardinin məhkəməsi olacaq.

Ötən həftə İranın eks-prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşiminin şikayəti ilə "İran" qəzetinin baş redaktoru Kavə İştihardinin məhkəməsi olub və o, özünü müdafiə edib. Tehran prokuroru İştihardinin məhkəmədə özünümüdafiə zamanı etdiyi çıxışının mətbuatda dərc edilməsinin qarşısını alıb və deyib ki, İştihardi barəsində cinayət işi açılacaq.

İranın Məsləhət Şurasının sədri və ölkənin eks-prezidenti Əli Əkbər Haşimi-Rəfsancaninin uşaqları Mehdi və Faiza Haşimi ölkədə qarışıqlıq yaratmaqda, həmçinin 2009-cu ilin iyununda prezident seçkilərinin nəicələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti