İranda çoxsaylı qətllərdə günahlandırılan Məhin Qədiri adlı qadın Qəzvin şəhər həbsxanasında edam olunub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat verib.
Məlumata görə, Məhin Qədiri 2006-2008-ci illərdə 5 qadın və bir kişini öldürməkdə, onlara məxsus əmlakı oğurlamaqda təqsirli bilinərək həbs olunub.
Qəzvin şəhər məhkəməsinin hökmü ilə o, hər öldürdüyü şəxsə görə edam, 24 ay müddətinə azadlıqdan məhrumetmə, 74 şallaq zərbəsi və oğurladığı əmlakı geri qaytarması cəzalarına məhkum edilib.