Türkiyənin Qırmızı Aypara Cəmiyyəti İranın Kirman şəhərində baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara yardım göndərib. Məlumatı MEHR xəbər agentliyi yayıb.
Məlumata əsasən, iki yük maşını ilə göndərilən yardım əsasən çadır, istilik cihazları, adyal və ərzaq məhsullarından ibarətdir.
Türkiyə Qırmızı Aypara Cəmiyyəti həmçinin daha çox yardımlar göndərməyə hazır olduğunu elan edib.
Ötən gecə İranın Kirman əyalətində Rixter cədvəli üzrə 6,5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Zəlzələ Kirman əyalətinin 30-dan çox kəndində evlərin dağılmasına səbəb olub.