...

Pakistanda "Cundullah"ın edam olunmuş rəhbərinin qardaşı həbs olunub

Dünya xəbərləri Materials 25 Dekabr 2010 11:03 (UTC +04:00)
Pakistanın Turbat əyalətində "Cundullah" qruplaşmasının iyunda edam olunmuş rəhbəri Əbdülmalik Riqinin qardaşı Əbdülrauf Riqi və qruplaşmanın daha səkkiz üzvü həbs edilib.
Pakistanda "Cundullah"ın edam olunmuş rəhbərinin qardaşı həbs olunub

Pakistanın Turbat əyalətində "Cundullah" qruplaşmasının iyunda edam olunmuş rəhbəri Əbdülmalik Riqinin qardaşı Əbdülrauf Riqi və qruplaşmanın daha səkkiz üzvü həbs edilib. Bu barədə FARS agentliyi Sistan və Bəluçistan əyalətinin hərbi nümayəndələrinə istinadən xəbər yayıb.

Cümə günü IRNA agentliyi Pakistan KİV-inə istinadən xəbər verib ki, "Cundullah" qruplaşmasının rəhbəri Əbdülrauf Riqi dekabrın 23-də axşam həbs olunub. Məlumata görə, Riqi mətbuat katibi səlahiyyətlərinin icraçısıdır.

ILNA agentliyinin məlumatına görə, Pakistanın rəsmi nümayəndələri "Cundullah" qruplaşmasının rəhbəri Əbdülrauf Riqinin həbsi barədə məlumatı təkzib ediblər.

Daha sonra Pakistandakı naməlum mənbələr Əbdülrauf Riqinin deyil, "Cundullah" qruplaşmasının rəhbəri Məhəmmədzahir Bəlucun həbs edildiyini təsdiqləyiblər.

Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.

Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoysaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.

"Cundullah" lideri Əbdülmalik Riqi 2010-cu il iyunun sonlarında İranda edam olunub. O, 2010-cu il fevralın 23-də Dubaydan Qırğızıstana gedən təyyarənin göyərtəsində həbs edilib.

Dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 38 nəfər ölüb, 50 nəfər yaralanıb. Daha bir nəfər xəstəxanada vəfat edib.

Xəbər lenti

Xəbər lenti