İranın Kirman əyalətində yenidən zəlzələ olub

İranın Kirman əyalətinin Fəhroc şəhərində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Ötən həftə 6,5 bal gücündə baş verən zəlzələdən sonra bu regionda 100-dən çox kiçik zəlzələlər qeydə alınınıb. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.
Baş vermiş zəlzələ nəticəsində ölən, yaralanan və dəymiş ziyan haqqında məlumat yoxdur.
Dekabrın 20-də İranın Kirman əyalətinin Fəhroc şəhərində Rixter cədvəli üzrə 6,5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Zəlzələ Kirman əyalətinin 2950-dən çox kəndində evlərin ziyan görməsinə səbəb olub.