İran Parlamenti Bədən Tərbiyəsi Təşkilatı və Milli Gənclər Təşkilatının birləşdirilərək Gənclər və İdman Nazirliyi yaradılması layihəsini birinci oxunuşda təsdiq olunub. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.
Məlumata görə, layihə səsə qoyulub və 141 nəfər lehinə, 46 nəfər əleyhinə səsə verib. Sənəd birinci oxunuşda qəbul olunub.
Yeni yaradılacaq Gənclər və İdman Nazirliyində hər iki təşkilatın işçi qüvvələri saxlanılacaq. Parlament bu gün layihənin detallarını ikinci və üçüncü oxunuşda müzakirə edəcək.