...

İranın daxili işlər naziri Omana səfər edəcək

Dünya xəbərləri Materials 7 Yanvar 2011 10:52 (UTC +04:00)
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar yanvarın 9-da Omana səfər edəcək.
İranın daxili işlər naziri Omana səfər edəcək

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar yanvarın 9-da Omana səfər edəcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Nəccar iki günlük səfər zamanı Oman rəsmiləri ilə təhlükəsizlik və sərhəd məsələlərini müzakirə edəcək. Səfərdə, həmçinin İran və Omanın sərhəd əyalətləri arasında əməkdaşlığın artırılması məsələsi də müzakirə olunacaq.

İran və Oman arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi 2009-cu ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti