...

Türkiyə Prezidenti İrana səfər edəcək – Salehi

Dünya xəbərləri Materials 18 Yanvar 2011 11:20 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül iki qonşu ölkənin ikitərəfli əlaqələrinin irəliləyişinə cəhdlərinə müvafiq olaraq İrana səfər etməyi planlaşdırır. Bu barədə bazar ertəsi axşam Ankarada İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Əkbər Salehi bəyan edib.
Türkiyə Prezidenti İrana səfər edəcək – Salehi

Türkiyə Prezidenti Abdullah Gül iki qonşu ölkənin ikitərəfli əlaqələrinin irəliləyişinə cəhdlərinə müvafiq olaraq İrana səfər etməyi planlaşdırır. Bu barədə bazar ertəsi axşam Ankarada İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Əkbər Salehi bəyan edib.

"İran və Türkiyə arasında sıx əlaqələr var və tez-tez müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparılması vacibdir", - Türkiyə paytaxtında birgünlük səfərdə olan Salehi deyib, Press TV telekanalı xəbər verir.

Salehinin sözlərinə görə, yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin 2010-cu ildəki 10 milyard dollardan 30 milyard dollara artırılması üçün səylər göstərilir.

Salehi səfəri zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti