...

Aşton: İrandan məyus olmuşuq (Yenilənib 2)

Dünya xəbərləri Materials 22 Yanvar 2011 17:06 (UTC +04:00)
Avropa Xarici Siyasət üzrə bildirib ki, İranla yeni müzakirələr üçün planımız yoxdur. Aşton İranın önşərtlərini "məyus edici" adlandırıb.
Aşton: İrandan məyus olmuşuq (Yenilənib 2)

Təfərrüatlar əlavə olunub (birinci versiya 16:55-də dərc olunub)

Avropa Birliyinin xarici siyasət üzrə naziri Katerin Marqaret Aşton bildirib ki, İranla yeni müzakirələr üçün planımız yoxdur. Aşton İranın önşərtlərini "məyus edici" adlandırıb.

Bu barədə Mehr agentliyi Ələrəbiyyə telekanalına əsasən məlumat yayıb.Aşton Ələrəbiyyə telekanalına bildirib ki, İranla İstanbulda keçirdiyimiz müzakirələr nəticəsiz olub. "Biz İranın önşərtləri ilə razılaşa bilmərik"- deyə, Aşton bildirib.

İran İstanbul iclasında önşərt olaraq, bu ölkəyə qarşı beynılxaq sanksiyaların aradan qaldırılmasını tələb edib.

Aştondan fərqli olaraq, İranın Ali Təhlükəsizlik Şurasının medialar üzrə müavini İRNA agentliyinə bildirmişdi ki, müzakirələr pozitiv bir
atmosferdə keçirilib.

ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan edərək bütün ittihamları rədd edir. Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramını dayandırmaq üçün altı qətmanə qəbul olunub, onlardan dördü İrana qarşı iqtisadi və siyasi sanksiyanı nəzərdə tutur, iki qətnamə isə xəbərdarlıq xarakteri daşıyır.

BMT TŞ-nin 2010-cu il 9 iyun tarixli 1929 saylı qətnaməsindən sonra ABŞ Konqresi iyunun 24-də İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmək layihəsini tədiqləyib. İndiyədək Avropa İttifaqı, Yaponiya, Koreya Respublikası, Hindistan və Avstraliya da İrana qarşı ABŞ-ın birtərəfli iqtisadi sanksiyalarına qoşulub.

Xəbər lenti

Xəbər lenti