Azərbaycan, Bakı, 9 fevral /Trend/
Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissədə 19 yaşlı müddətli əsgər Qevork Kotinyan möhkəm döyülüb. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat verib.
"Qraparak" qəzetinin yazdığına görə, hərbi qulluqçu Kotinyanın bədənində çoxsaylı zərbə izləri aşkarlanıb. Nəşrin məlumatına görə, Kotinyanı dörd xidmət yoldaşı döyüb. Onlar artıq tutulublar.