...

Misir prezidenti səlahiyyətlərinin bir hissəsini yardımçısına təhvil verəcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 11 Fevral 2011 04:44 (UTC +04:00)
Misir prezidenti Hüsni Mübarək səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana təhvil verməyə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Mübarək cümə axşamı dövlət televiziyasıyla yayımlanan çıxışı zamanı bildirib. Məlumatı Euronews kanalı yayıb.
Misir prezidenti səlahiyyətlərinin bir hissəsini yardımçısına təhvil verəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 01:25-də dərc edilib)

Misir prezidenti Hüsni Mübarək səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana təhvil verməyə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Mübarək cümə axşamı dövlət televiziyasıyla yayımlanan çıxışı zamanı bildirib. Məlumatı Euronews kanalı yayıb.

"Mən səlahiyyətlərimin bir hissəsini vitse-prezidentə verməyi məqsədəuyğun sayıram", Mübarək çıxışında deyib.

Bu halda Süleyman ölkənin xarici və daxili siyasətinə aid bütün məsələlərə nəzarət edəcək. Misir konstitusiyasına əsasən, Mübarək formal olaraq prezident vəzifəsində qalacaq və parlamenti buraxmaq, höküməti istefaya göndərmək və konstitusiyaya dəyişiklik təklifi irəli sürmək hüquqlarına malik olacaq.

Çıxışında Mübarək növbəti prezident seçkilərində iştirak etməyəcəyini, lakin seçkilərə qədər hakimiyyəti təhvil verməyəcəyini də bir daha qeyd edib.

Prezident kütləvi iğtişaşlarda ölənlərin qanının yerdə qalmayacağını vurğulayıb. Mübarək bu hadisələrin günahkarlarının tapılıb cəzalandırılacağını vurğulayıb.

Prezident gələcək islahatlardan söz açıb, müxalifəti ölkənin gələcəyi naminə dialoqa çağırıb.

Mübarək çıxışınının sonunda Misirdən getməyəcəyini bir daha qeyd edib. "Torpağa bastırılana qədər, ondan sonra da ölkəmdə qalacağam", Mübarək deyib.

Paytaxt Qahirənin mərkəzindəki Təhrir meydanına toplaşan və Mübarəkin istefasını tələb edən yüz  minlərlə nümayişçi Prezidentin çıxışını qəzəblə qarşılayıb və nümayişləri davam etdirib. Meydanda "Rədd ol Mübarək! Rədd ol!", "Ordu, qərar vermək vaxtı gəlib çatdı: ya xalq, ya rejim" kimi şuarlar səslənib.

Mübarəkin çıxışından sonra dövlət televiziyasıyla Misirin vitse-prezidenti Ömər Süleymanın xalqa müraciəti yayımlanıb. Süleyman gəncləri dağılışmağa, işə qayıtmağa çağırıb.

Yanvarın 25-də Misirdə sonradan kütləvi iğtişaşlara çevrilən hökumət əleyihə aksiyalar keçirilməyə başlayıb. Azı 300 nəfər həlak olub, orta hesabla 5 min nəfər xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışmaqda və Mübarəkin dövlət başıçısı vəzifəsindən getməsini tələb etməkdə davam edirlər.

Xəbər lenti

Xəbər lenti