...

İran və Oman birgə hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 19 Fevral 2011 12:07 (UTC +04:00)
İran və Oman hərbi dəniz qüvvələri 2012-ci ilin may ayında birgə hərbi təlimlər keçirəcək.
İran və Oman birgə hərbi təlimlər keçirəcək

İran və Oman hərbi dəniz qüvvələri 2012-ci ilin may ayında birgə hərbi təlimlər keçirəcək. Bunu İran Silahlı Qüvvələrinin Qərargah rəisinin əməliyyatlar üzrə müavini general Mustafa Salami deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

O əlavə edib ki, birgə təlimlər Oman dənizində həyata keçiriləcək. "Biz Omanla indiyədək iki dəfə dənizdə yardım və xilasetmə təlimləri həyata keçirmişik və danışıqlar aparmışıq ki, birgə hərbi təlimlər də keçirək. Ümid edirik ki, gələcəkdə digər qonşu ölkələrlə də müştərək təlimlər keçirəcəyik", - Salami bildirib.

İran və Oman hərbçiləri sonuncu dəfə 2011-ci il fevralın 9-da Oman dənizində yardım və xilasetmə təlimləri keçiriblər.

Xəbər lenti

Xəbər lenti