...

İranın Qərbi Azərbaycan əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 10 Mart 2011 16:52 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətinin Siyah Çeşmə rayonunda Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı irib news.ir-ə istinadən məlumat verir.

Məlumata əsasən, Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 13:34-də baş verdiyini bildirib. Zəlzələ nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti