...

İranın Qum şəhəri yaxınlığında qaz kəmərində partlayışı "təxribatçı dəstə" törədib - Parlament nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 Aprel 2011 14:12 (UTC +04:00)
Bu gün İranın Qum şəhəri yaxınlığında Qum- Delican magistral yolunun 74 kilometrliyində eyni vaxtda 3 qaz kəmərində partlayış baş verib.
İranın Qum şəhəri yaxınlığında qaz kəmərində partlayışı "təxribatçı dəstə" törədib - Parlament nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Başlıq dəyişilib, son dörd abzas əlavə olunub (ilk xəbər 13:45-də yayılıb)

Bu gün İranın Qum şəhəri yaxınlığında Qum- Delican magistral yolunun 74 kilometrliyində eyni vaxtda 3 qaz kəmərində partlayış baş verib. Bu barədə Trend İslam Respublikasının Neft Nazirliyinin /pananews.ir/ saytına istinadən məlumat verir.

Hazırda İranın Milli Qaz Şirkətinin nümayəndələri hadisələrin baş vermə səbəblərini araşdırırlar. Hələlik partlayışların səbəbləri və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Bu il fevral ayının əvvəlində də İranın Qum şəhəri yaxınlığında Ərak yolunun 20-ci kilometrliyində eyni vaxtda 3 qaz kəmərində partlayış baş vermişdi. Hadisələr zamanı ölən və yaralanan olmamışdı.

İran Parlamentinin Delican və Məhallat şəhərləri üzrə nümayəndəsi Əlirza Səlimi bu gün baş verən partlayışın fevral ayında baş vermiş hadisə ilə əlaqəli olduğunu və partlayışı "təxribatçı dəstə"nin törətdiyini deyib. Bu barədə Trend İran Parlamentinin rəsmi xəbər saytı icana.ir-ə istinadən məlumat verir.

Səlimi deyib ki, hadisə aprelin 8-də yerli vaxtla saat 04:00 radələrində baş verib. "Ölkənin cənubunda yerləşən qaz yataqlarının qazını ölkənin şimal regionuna nəql edən boru kəməri Delican şəhəri yaxınlığında təxribatçı dəstə tərəfindən partladılıb", - Səlimi deyib.

O əlavə edib ki, partlayış nəticəsində xəsarət alan olmayıb, lakin yanğını söndürməyə çalışanların bir neçəsi xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Səlimi "təxribatçı dəstə"nin kimliyi və ya hansı qruplaşmaya aid olduğu barədə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti