...

Əhmədinejad Nazirlər Kabinetinin növbəti iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 1 May 2011 13:18 (UTC +04:00)

Əhmədinejad Nazirlər Kabinetinin növbəti iclasında iştirak edəcək. İran prezidenti 11 gündür ki, dövlətin rəsmi iclaslarında iştirakdan imtina edir. Keçən həftə Nazirlər Kabinetinin iki iclası prezidentsiz keçirilib.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Əhmədinejad Nazirlər Kabinetinin növbəti iclasını nazirlər və müavinləri ilə bu gün axşam keçirəcək.

İki həftə bundan əvvəl, İranın dini lideri Əli Xamenei Milli Təhlükəsizlik Naziri Heydər Muslehinin istefasına mane olub. Prezident Əhmədinejad Muslehinin istefasını qəbul etmişdi. Muslehi işə qayıdan gündən etibarən Əhmədinejad rəsmi iclasların heç birində iştirak etməyib və Qum şəhərinə işgüzar səfərini ləğv edib.

Qanuna əsasən, nazirlərin təyini və işdən çıxarılması prezidentin səlahiyyətindədir. Xameni son bir həftə ərzində üç çıxışında, ölkədə olan ixtilaflara son qoymağı tələb edib.
Parlament nümayəndələri, İran İnqilab Keşikçiləri Korpusu və bir çox nüfuzlu təşkilatlar, prezidentin dini liderə tabe olmasını istəyiblər.

Xəbər lenti

Xəbər lenti