Azərbaycan, Bakı, 3 may /Trend/
Dünən axşam İranın Qəzvin əyalətinin Əlborz sənaye şəhərciyində kimyəvi məhsullar istehsal edən "Bonyan" şirkətinə aid zavodda partlayış baş verib. Partlayış güclü yanğına səbəb olub, nəticədə 2 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata görə, yanğın söndürülüb, yaralılar Qəzvinin Rəcayi xəstəxanasına yerləşdiriliblər. Onlardan 3 nəfərin vəziyyəti ağır olduğundan Tehran şəhər xəstəxanalarına aparılıblar.