...

İranın xarici işlər naziri BƏƏ-yə səfər edəcək

Dünya xəbərləri Materials 7 May 2011 12:44 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
İranın xarici işlər naziri BƏƏ-yə səfər edəcək

Azərbaycan, Bakı, 7 may /Trend/

İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. Bunu İranın BƏƏ-dəki səfiri Məhəmmədrza Fəyyaz deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Fəyyaz əlavə edib ki, bir günlük səfər zamanı Salehi BƏƏ rəsmiləri ilə regionda baş verən prosesləri və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə edəcək.

İranın xarici işlər naziri son bir neçə gün ərzində region ölkələrindən Qətər və Omana səfər edib, regionda baş verən hadisələri müzakirə edib.

Xəbər lenti

Xəbər lenti