Azərbaycan, Bakı, 11 may /Trend/
İranda gözün süni buynuz qışası istehsal olunub. Bunu İranın Fərabi Xəstəxanasının baş həkimi Mahmud Cabbarvənd Behruz deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.
Behruz əlavə edib ki, istehsal olunmuş süni buynuz qışası 6 xəstə üzərində uğurla sınaqdan keçirilib.
O, qeyd edib ki, indiyədək 300 süni buynuz qışası istehsal olunub.