...

Əhmədinejad Qərb ölkələrini İranda quraqlıq yaratmaqda ittiham edib

Dünya xəbərləri Materials 19 May 2011 13:00 (UTC +04:00)
Qərb dövlətləri dünyanın bəzi ölkələrində, o cümlədən İranda quraqlıq yaratmaq üçün xüsusi proqram hazırlayıb icra edirlər. Bunu İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı Ərak şəhərində "Seyid Kamal Saleh" su bəndinin açılış mərasimində çıxışı zamanı deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.
Əhmədinejad Qərb ölkələrini İranda quraqlıq yaratmaqda ittiham edib

Azərbaycan, Bakı, 19 may /Trend/

Qərb dövlətləri dünyanın bəzi ölkələrində, o cümlədən İranda quraqlıq yaratmaq üçün xüsusi proqram hazırlayıb icra edirlər. Bunu İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı Ərak şəhərində "Seyid Kamal Saleh" su bəndinin açılış mərasimində çıxışı zamanı deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Əhmədinejad qərbli siyasətçinin növbəti 30 il ərzində dünyada su böhranın yaşanacağı ilə bağlı məqaləsindən sitat gətirərək deyib ki, Türkiyə, İran və Asiyanın Şərq ölkələrinin ərazilərində quraqlıq yaranacağı porqnozlaşdırılır. "Qərb dövlətləri hazırda dünyada sivilizasiyalar mərkəzi olan ölkələri hədəfə alıblar, çünki həmin ölkələrin gələcək nailiyyətlərindən qorxurlar", - Əhmədinejad deyib.

O əlavə edib ki, ötən bir il ərzində Asiya və Avropada iqlim dəyişiklikləri və yağıntıların vəziyyəti onu göstərir ki, Avropa ölkələri xüsusi texnologiyalardan istifadə edərək yağıntıların region ölkələrinə, o cümlədən İrana gəlib çatmasına mane olurlar.

Əhmədinejad deyib ki, bu, planlaşdırılmış işdir və İran beynəlxalq hüquq normaları çərçivəsində bu məsələni araşdıracaq. "Qərb ölkələri bununla region ölkələri arasında suya görə ixtilaf yaratmaq və onları müharibəyə sövq etmək istəyir", - İran Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti