Azərbaycan, Bakı, 31 may /Trend/
İranın müdafiə naziri Əhməd Vəhidi bu gün Boliviyaya səfər edib. Səfər Cənubi Amerika ölkəsinin müdafiə naziri xanım Mariya Sisilya Çakon Rendonun dəvəti ilə həyata keçirilib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Vəhidi ikigünlük səfəri zamanı Boliviya rəsmiləri ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafı məsələsini müzakirə edəcək. İranlı nazir rəsmi görüşlərdən başqa pilot məktəbinin məzunlarının buraxılış mərasimində də iştirak edəcək.