...

İranın Şərqi Azərbaycan əyalətində yanacaqla işləməyən təyyarə istehsal edilib

Dünya xəbərləri Materials 2 İyun 2011 15:37 (UTC +04:00)
İranın Şərqi Azərbaycan əyalətində yanacaqdan yalnız havaya qalxarkən istifadə edən təyyarə istehsal edilib.
İranın Şərqi Azərbaycan əyalətində yanacaqla işləməyən təyyarə istehsal edilib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

İranın Şərqi Azərbaycan əyalətində yanacaqdan yalnız havaya qalxarkən istifadə edən təyyarə istehsal edilib. Təyyarə qalxdıqdan sonra uçuş aparatı elektrik turbinlərin köməyi ilə, yəni turbinin elektrik mühərrikinin fırlanması sayəsində hərəkət edir. Trend-in məlumatına görə, bu barədə IRNA xəbər agentliyi məlumat verir.

Uçuş aparatının uzunluğu 1,5 metr, hər iki qanadın kənar nöqtələri arasındakı məsafə isə iki metrdir. Yeni uçuş aparatının sınaqları uğurla keçib.

Təyyarə havada qeyri-məhdud vaxt ərzində ola bilər və uzaq məsafələrə uçuşlar yerinə yetirə bilər. Aparat həm sərnişin daşımaları, həm də kəşfiyyat məqsədləri üçün istifadə edilə bilər.

Agentliyin məlumatına görə, təyyarənin istehsalına 3 il vaxt sərf olunub.

Xəbər lenti

Xəbər lenti