...

Son 92 ildə ilk dəfə İrandan müdafiə naziri Əfqanıstana səfər edəcək

Dünya xəbərləri Materials 17 İyun 2011 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İranın müdafiə naziri Əhməd Vəhidi gələn həftə Əfqanıstana rəsmi səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Vəhidinin bu səfəri əfqanıstanlı həmkarı Əbdül Rəhim Vardakın rəsmi dəvəti ilə baş tutacaq.

Səfər zamanı iki ölkə arasında əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

İran İslam İnqilabından sonra ilk dəfədir ki, bu ölkənin müdafiə naziri Əfqanıstana səfər edir. Ümumiyyətlə, son 92 il ərzində İrandan heç bir müdafiə naziri Əfqanıstanda səfərdə olmayıb.

Xəbər lenti

Xəbər lenti