...

İranda insult riski 45 yaşdan sonra artır

Dünya xəbərləri Materials 7 İyul 2011 17:14 (UTC +04:00)
İranda insult xəstəliyinin riski artıb. Bu sözləri İranın Beyin və əsəb xəstəlikləri üzrə mütəxəssislər birliyinin sədri Hüseyn Pakdamən deyib.
İranda insult riski 45 yaşdan sonra artır

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İranda insult xəstəliyinin riski artıb. Bu sözləri İranın Beyin və əsəb xəstəlikləri üzrə mütəxəssislər birliyinin sədri Hüseyn Pakdamən deyib. Bu barədə Trend İranın "Isna" xəbər agentliyinə istinadən məlumat verir.

Pakdamən əlavə edib ki, dünya ölkələrində insult xəstəliyinin riski 55 yaşdan sonra yüksəlsə də, bu, İranda 45 yaşdan sonra artır.

"İranda insult xəstəliyinin inkişaf riskinə əsasən genetik amillər, qan təzyiqi, şəkər xəstəliyi, siqaret, yüksək yağlılıq və oturaq həyat tərzi səbəb olur", - Pakdamən deyib.

Xəbər lenti

Xəbər lenti