...

İran Tacikistanda fond birjası yaratmağa hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 5 Avqust 2011 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

İranın Qiymətli Kağızlar və Birja Təşkilatı ölkənin Xarici İşlər Nazirliyinə Tacikistanda fond birjası yaratmağa hazır olduğunu bildirib. İran Tacikistandan başqa digər ölkələrdə də fond birjası yarada bilər. Bunu İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Əli Salehabadi bildirib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Təşkilatın sədri əlavə edib ki, Tacikistan farsdilli olduğundan İranın bu ölkədə fond birjası yaratması daha asandır. "Tacikistan fond birjasının İran tərəfindən yaradılmasını istəyərsə, İslam Respublikası bu sahədə hərtərəfli əməkdaşlıq etməyə hazırdır", - Salehabadi deyib.

Xəbər lenti

Xəbər lenti