...

İran Prezidentindən jurnalistlərə 20 min dollarlıq kredit və hədiyyə

Dünya xəbərləri Materials 8 Avqust 2011 16:07 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ölkə jurnalistlərinə 20 min dollar dəyərində güzəştli kredit verilməsi barədə xoş xəbərləri və öz xüsusi hədiyyəsini sabah jurnalistlərə təqdim edəcək.
İran Prezidentindən jurnalistlərə 20 min dollarlıq kredit və hədiyyə

Azərbaycan, Bakı, 8 avqust /Trend/

İran Prezidenti Mahmud Əhmədinejad ölkə jurnalistlərinə 20 min dollar dəyərində güzəştli kredit verilməsi barədə xoş xəbərləri və öz xüsusi hədiyyəsini sabah jurnalistlərə təqdim edəcək. Bunu İranın mədəniyyət və irşad naziri Məhəmməd Hüseyni Tehranda jurnalistlərə deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Hüseyni Prezidentin jurnalistlərə hədiyyəsinin nə olacağını və güzəştli kreditin şərtlərini açıqlamayıb.

Hər il İranda 17 mordad (avqustun 8-i) jurnalist günü kimi qeyd olunur. İran KİV-inin məlumatına görə, ölkədə 8 mindən çox jurnalist fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti