...

Moskvada Xəzəryanı ölkələrin sərhədçiləri və ekspertlərinin iclası keçiriləcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2011 15:45 (UTC +04:00)
Moskvada Xəzəryanı ölkələrin sərhəd xidmətləri rəhbərlərinin müavinləri və ekspertlərin ikinci müşavirəsi keçiriləcək.
Moskvada Xəzəryanı ölkələrin sərhədçiləri və ekspertlərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Moskvada Xəzəryanı ölkələrin sərhəd xidmətləri rəhbərlərinin müavinləri və ekspertlərin ikinci müşavirəsi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İran sərhəd komandanının beynəlxalq məsələlər üzrə müavini Həsən Mömini bildirib. Xəbəri "Mehr" informasiya informasiya agentliyi yayıb.

Onun sözlərinə görə, iclasın məqsədi sərhədlərin mühafizəsi işində Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasıdır.

Mömini qeyd edib ki, iclas sentyabrın ikinci yarısında keçiriləcək. Müşavirənin yekunları üzrə Xəzəryanı dövlətlərin sərhədlərinin mühafizəsində əməkdaşlıq haqqında protokol hazırlanacaq.
Sərhəd xidmətləri rəhbərlərinin müavinləri səviyyəsində ilk iclas mayda Moskvada keçirilib.

Xəbər lenti

Xəbər lenti