...

İraq və Türkiyə rəsmiləri Abdullah Öcalanın başqa həbsxanaya köçürülməsini müzakirə ediblər

Dünya xəbərləri Materials 12 Sentyabr 2011 14:55 (UTC +04:00)
Firudin Sinirlioğlu Məsud Barzani ilə PKK lideri Abdullah Öcalanın İstanbul həbsxanasına köçürülməsini müzakirə edib.
İraq və Türkiyə rəsmiləri Abdullah Öcalanın başqa həbsxanaya köçürülməsini müzakirə ediblər

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu Şimali İraq kürd administrasiyasının rəhbəri Məsud Barzani ilə 1999-cu ildə Türkiyə xüsusi xidmət orqanları tərəfindən həbs edilmiş PKK lideri Abdullah Öcalanın İstanbul həbsxanasına köçürülməsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV yazır.

Məhkəmə Öcalanı əvvəlcə ölümə məhkum etmiş, sonra isə bu cəzanı ömürlük azadlıqdan məhrumetmə iıə əvəzləmişdi. Öcalan cəzasını İmralı adasındakı həbsxanada çəkir.

Sinirlioğlunun İraqa səfəri zamanı regionda terrorizmlə mübarizə məsələləri, xüsusilə də ərazidə PKK terror təşkilatının məhv edilməsi müzakirə olunub.

Səfərin nəticələrinə görə razılığa gəlinib ki, əgər PKK Türkiyə-İraq sərhədindən çəkilməyə razı olmasa, o zaman Türkiyə İraqın şimalında hərbi əməliyyatları bərpa edə bilər.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də rəsmi Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

"Türkiyə HHQ-nin təyyarələri cümə günü gecə İraqın şimalında terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlılarının mövqelərinə yeni zərbələr endiriblər. Uğurlu əməliyyat nəticəsində PKK-nın 20 obyekti bombalanıb", - Baş Qərargahın bəyanatında deyilir.
Əməliyyatlarda 10-dan çox F-16 qırıcısı iştirak edib.

Xəbər lenti

Xəbər lenti