Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Bu gün səhər İranın paytaxtı Tehranda "Müdiriyyət körpüsü" xiyabanında ona "yox" cavabı verən qızı qətlə yetirən gənc əhalinin gözü qarşısında edam olunub. Bu barədə Trend İranın "Payam" radiosuna istinadən məlumat verir.
Məlumata əsasən, cari ilin iyul ayında Tehran Universitetinin tələbəsi olan Kuşa adlı gənc öz tələbə yoldaşı Məhsanı "Müdiriyyət körpüsü" xiyabanında əhalinin gözü qarşısında bıçaqlayaraq öldürmüşdü. O qətli Məhsanın ona "yox" dediyinə görə törətdiyini etiraf edib.
Tehran məhkəməsi Kuşanın elə cinayəti törətdiyi xiyabanda əhalinin gözü qarşısında edam olunmasına qərar verib. Hökm bu gün icra olunub.