Azərbaycan, Bakı, 21 sentyabr /Trend müxbir T.Cəfərov/
Bu gün səhər İranda dünyanın ən güclü adamı kimi tanınan Ruhullah Dadaşini qətlə yetirən 18 yaşlı Əlirza Molla Sultani Kərəc şəhərində (qətli törətdiyi yerdə) əhalinin gözü qarşısında edam olunub. Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews.ir-ə istinadən məlumat verir.
Dadaşi cari ilin iyul ayında Kərəcin Pune xiyabanında boyun nahiyəsindən aldığı bıçaq yarasından ölmüşdü. Qətllə bağlı 18 yaşlı Əlirza Sultani və daha iki nəfər şəxs həbs olunmuşdu. Kərəc şəhər məhkəməsi Əlirza Sultanini tanınmış idmançını öldürdüyünə görə edama məhkum etmiş, digər iki nəfəri isə 3 il həbs və 80 şallaq zərbəsinə məhkum etmişdi.
Ruhullah Dadaşi ötən il İranın Qeşm adasında keçirilən yarışda dünyanın ən güclü adamı adını qazanmışdı.
Beynəlxalq KİV-in məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək İranda 200 nəfərdən çox şəxs edam olunub.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdu