...

İran Xəzər dənizində araşdırmalara başlayıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2011 12:35 (UTC +04:00)
İran Xəzər dənizinin cənub sahillərində dəniz dibinin öyrənilməsi, seysmologiya və neft marşrutlarının müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalara başlayıb
İran Xəzər dənizində araşdırmalara başlayıb

Azərbaycan, Bakı, 9 oktyabr / Trend müxbir A.Qurbanova/

İran Xəzər dənizinin cənub sahillərində dəniz dibinin öyrənilməsi, seysmologiya və neft marşrutlarının müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalara başlayıb.

Trend-in məlumatına görə, bu barədə Mehr informasiya agentliyi bildirir.

Layihəni İranın Geologiya Xidməti Okean və atmosfer araşdırmaları elmi mərkəzi ilə birgə elmi araşdırma gəmisi vasitəsilə həyata keçirir.

Araşdırma 1000 kvadrat metr və 500 metr dərinliyi əhatə edəcək.

Layihə bu ilin sonunadək aparılacaq.

Xəbər lenti

Xəbər lenti